Xəbər lenti
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Neftin qiymətinin 80 dollar/barelədək artması çox az ehtimaldır” – Nazir

Baxılıb: 58     Tarix: 09-09-2019 11:59   

Omanın neft və qaz naziri Məhəmməd bin Həməd ər-Rumhi neftin qiymətinin bir barel üçün 80 dollara qalxmasının olduqca az ehtimal olunduğunu, buna görə də neft istehsalçılarının daha rasional şəkildə hazırkı şəraitdə, təxminən, 60 dollar/barel qiyməti ilə yaşamalı olduğunu düşünür.
“Report” xəbər verir ki, bu barədə Ər-Rumhi TASS-a bildirib.
“Bütün istehsalçılar üçün neftin bir barelinin 60 dollar əvəzinə 80 dollar olması sərfəlidir, amma bu, rasionaldırmı? Çox güman, indiki şəraitdə yox. Mövcud iqtisadi mühitdə hərəkət etməliyik. Neftin qiymətinin 60 dollar/bareldən 80-ə yüksəlməsinə sevinərəm, amma bu, olduqca az ehtimaldır”, – o deyib.шаблоны для dle 11.2