Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ELMAN RÜSTƏMOV BANKINI SATIR, YOXSA…? – Növbədənkənar iclas çağırıldı

Baxılıb: 523     Tarix: 12-09-2019 12:34   

11 Oktyabr 2019-cu il tarixində “Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Marja” xəbər verir ki, yığıncağın gündəliyinə daxil olan əsas məsələ, Bankın mövcud səhmdar(lar)ı tərəfindən Bankda mühüm iştirak payının əldə edilməsinə səhmdarların ümumi yığıncağı tərəfindən razılıq verilməsidir.
Mühüm iştirak payı – səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.
“Bank Respublika” ASC-nin səhmdarları (2018-ci ilin sonuna olan məlumat)

“AzPolitika.info” onu da qeyd edir ki, adıçəkilən bankın əsl sahibinin Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov olduğu bildirilir. Elə bu səbəbdən də devalvasiyalardan sonra Azərbaycanın bir çox banklar kimi “Bank Respublika” ASC-nin də zərərinin artmasına və bu səbəbdən məcmu kapitalı aşağı düşməsinə bazxmayaraq,   fəaliyyətində elə də problem yaşamayıb.  E. Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail olub.
Ancaq görünür  ölkədə yaranmış maliyyə problemləri “Bank Respublika” ASC-dən də yan keçməyib. Mümkündür ki, bankın xaricdən kapital əldə etmək, dövriyyəni sabit saxlamaq imkanları aşağı düşüb. Bundan çıxış yolu kimi də növbədənkənar iclasda bankın səhmlərinin əhəmiyyətli bir hissəsinin satıla bilər.
Hətta verilən məlumatdan belə görünür ki, mühüm iştirak payı satşıa çıxarıla və beləliklə Quliyevlərin adına olan səhmlərin əhəmiyyətli hissəsi  bir başqasına  keçə bilər. Bu kənar biri olarsa E. Rüstəmovun bankda söz sahibliyini itirməsinə gətirib çıxara bilər…

 

Ancaq o da mümkündür ki, E. Rüstəmov bankın səhnlərinin mühüm bir hissəsini  uzun illərdir onun biznesinin idarəçiliyini həyata keçirən Quliyevlərdən alaraq, bir başqasına versin.
Qeyd edək ki, Bankda ən böyük paya malik olan Quliyevlər ailəsi  Elman Rüstəmovun yerliləri (bəzi məlumatlara görə qohumudurlar-red.) olmaqla yanaşı, biznesini etibar etdiyi  adamlar kimi tanınıb.
Məlumatlı mənbələrin  bildirdiyinə görə, “Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq  Quliyev qardaşları Elçin və Namiq Quliyevlə birlikdə  Elman Rüstəmovun  Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə edirlər . Bura Rüstəmova aid bəzi maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı  və sair aiddir.
Məsələn, Rüstəmova məxsus olduğu deyilən “Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyev “Bank Respublika”nın prezidenti Natiq Quliyevin qardaşıdır.
Bundan əlavə , “Planet” şadlıq sarayının, “Subaru”, “Bakı İnvest Holdinq”in, “Bakı Sığorta”,  “Honda”, “Mitsubishi”, “Bakı taksi”nin Rüstəmovun biznes şəbəkəsinə daxil olması, Quliyev qardaşları tərəfindən idarə olunmasına dair məlumatlar yayılıb. 
Ancaq son illər Quliyevlər qardaşlarının Elman Rüstəmovun inamını sarsıdacaq əməllərə yol verməsi ilə bağlı müxtəlif məlumatılar yayılıb. 2 il əvvəl qardaşlardan birinin – Elçin Quliyevin “Bank Respublika” ASC-nin birbaşa rəhbərliyindən kənarlaşdırılması da bununla bağlanmışdı.
Mümkündür ki, Elman Rüstəmov digər qardaşın – Natiq Quliyevin də səhmlərini əlindən alaraq bir başqasına vermək, onun  “Bank Respublika” ASC-də söz sahibi olmasına son vermək qərarı verib…
Hər halda “Bank Respublika” ASC-də nə baş verdiyi, bankın “əl” dəyişdirib, dəyişdirməyəcəyi gələn ay  məlum olacaq.
Yazıdakı iddialarla bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Elman
AzPolitika.infoшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar