Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arif Rəhimzadə Avrasiya İqtisadi İttifaqından nümunə götürməyə çağırıb

Baxılıb: 478     Tarix: 14-10-2019 14:51   

“Pensiya təyinatı zamanı stajın nəzərə alınma ilə bağlı Avrasiya İqtisadi İttifaqının təcrübəsi bu quruma üzv olmayan dövlətlər üçün də kifayət qədər gündəmdə olan məsələdir. Düşünürəm ki, biz də bu qərarları qəbul etməliyik”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Onun sözlərinə görə, MDB dövlətlərində təqaüd yaşına yaxın olan insanların işdən çıxarılması, təqaüdün kifayət qədər yüksək olmaması, aztəminatlı qrupların və işçi miqrantların sosial tədbirlər ilə tam əhatə olunmaması kimi problemlər var. Komitə sədri vurğulayıb ki, bu baxımdan problemlərin həllində Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətlərin təcrübəsinə istinad etmək olar: “Bu ittifaqda nəzərdə tutulur ki, işçilərin sosial təminatı hər bir dövlətin öz şəraitinə uyğun olaraq həll edilsin və ittifaqın istənilən ölkəsində işləməsindən asılı olmayaraq, pensiya təyinatı zamanı staj nəzərə alınsın, hər bir üzv dövlət təqaüd məbləğini müəyyən etsin və öz qanunvericiliyi əsasında pensiyanın heablanmasını təmin etsin, pensiya bütün iş stajına əsasən təmin olunsun. Həmin təcrübə Avrasiya İqtisadi İttifaqının istənilən dövlətinə aiddir və bu üzv ölkələrdə işləyənlərin sosial müdafiəsinə müsbət təsir edəcək. Avrasiya İqtisadi İttifaqına üzv olmayan dövlətlər üçün də bu məsələ kifayət qədər gündəmdədir. Düşünürəm ki, biz də bu qərarları qəbul etməliyik. Məhz bu səbəbdən Məşvərət Şurasına təklif edirəm ki, bu kimi məsələlərin qəbul edilməsinə diqqət etsinlər”.
A.Rəhimzadə qeyd edib ki, Azərbaycan qanunvericiliyində Müstəqil Dövlətlər Birliyi dövlətlərinin qanunvericiliyində mövcud olan məsələlərin 80 faizi əksini tapıb: “Bu, bir tənqid kimi səslənmişdi. Amma biz hər bir halda MDB-nin təcrübəsinə əsaslanırıq. Model qanunvericiliyin təkmilləşdirilməsi bizim fəaliyyətin əsas istiqamətlərindəndir.
Hazırda MDB Iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının Daimi Komissiyası 2020-2070-ci illər üçün model qanunvericilik üzərində işləyir. Məşvərət Şurasının bu prosesdə iştirakı bu ölkələrdə məşğulluq məsələlərinə müsbət təsir edər. Mövcud çağırışları nəzərə alaraq Məşvərət Şurası MDB dövlətlərinin öz qanunvericilik bazasını daha da təkmilləşdirə bilməsi üçün öz təkliflərini irəli sürə bilər. Parlamentlərarası Assambleya bu təklifləri nəzərdən keçirərək onlardan model qanunvericiliyin hazırlanmasında istifadə edə bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar