Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan bankı Rusiyaya verdiyi krediti – Geri ala bilmir

Baxılıb: 501     Tarix: 17-10-2019 10:37   

Rusiyaya kredit vermiş “Premium Bank” pulunu geri ala bilmir.
Bu ilin 9 ayının nəticələrinə görə, adı keçən bank Rusiyaya 26 milyon 134 min manat kredit verib ki, bu məbləğin də 20 milyon 694 min manatı və ya 79% nın vaxtı keçmiş kreditlərdir.
Məlumat üçün bildirək ki, “Premium Bank”ın yanvar-sentyabr aylarına olan hesabatına görə, ümumi kredit portfeli 493 milyon 473 min manat təşkil edir. Bankın cəmi kredit portfelinin 12,08%-i vaxtı keçmiş kreditlər təşkil edir.
“Premium Bank”ın ölkə daxilində verdiyi kreditlərə gəlincə isə Azərbaycanda bank ən çox krediti Bakıda verib. Paytaxtda verilən kreditlərin cəmi məbləği 465 milyon 892 min manat olub ki, bu məbləğin də 2 milyon 376 min manatı vaxtı keçib.
Bankın verdiyi kreditlərin iqtisadi sektorlar üzrə bölgüsünə gəlincə bank ən çox krediti nəqliyyat sahəsinə ayırıb -470 milyon 385 min manat. Bunun 57 milyon 175 min manatı və ya 12,15% ni vaxtı keçmiş kreditlər olub.
Bankın ikinci ən çox kredit verdiyi sahə istehlak və ipoteka krediti olub. Bank bu sahəyə 14 milyon 365 min manat kredit verib ki, bu məbləğin də cəmi 78 min manatnın vaxtı keçmiş kreditlər təşkil edib. /fed.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar