Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sosial Tədqiqatlar Mərkəzi ali məktəblərə qəbulla bağlı araşdırma aparıb

Baxılıb: 535     Tarix: 18-11-2019 16:00   

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Azərbaycan Barometri” jurnalının xüsusi oktyabr sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinə dair analitik hesabat”ı dərc edilib.
Mərkəzdən “Report”a verilən məlumata görə, hesabatın icmalında qeyd edilir, inkişafın yeni mərhələsində Azərbaycanda təhsil sistemində köklü islahatların aparılması strateji məsələ kimi dövlət siyasətinin daima diqqət mərkəzində olub.
2012-ci ildə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, o zamankı TQDK-nın Əsasnaməsində dəyişiklik edilməklə, monitorinq imtahanlarının keçirilməsi onun vəzifələrinə daxil edilib. 2015-ci ildən etibarən bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində əməkdaşlığın təmin edilməsi üçün Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssislərindən ibarət birgə İşçi qrupu yaradılıb. 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı DİM tərəfindən yeni qaydalar əsasında keçirilib. Həmin ilin oktyabrında DİM və Təhsil Nazirliyi arasında keçirilən görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli ictimaiyyətə təqdim edilib.
Bu ilin fevral ayından etibarən həm kağız daşıyıcıları, həm də onlayn sınaq imtahanlarının, mart ayından etibarən isə buraxılış və qəbul imtahanlarının keçirilməsinə start verilib. DİM tərəfindən buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiqinə cəmiyyətdə münasibət birmənalı olmayıb, onun müsbət və mənfi tərəfləri ətrafında müzakirələr bu gün də davam edir.
Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə, Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib.
Sosial Tədqiqatlar Mərkəzinin 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu Dövlət İmtahan Mərkəzinin regional mərkəzləri əsas götürülməklə, 10 şəhər və rayonu (Bakı, Sumqayıt, Gəncə, Bərdə, Şəki, Şirvan, Xaçmaz, Göyçay, Lənkəran, Mingəçevir) əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib.
Hesabatın təqdimatı yaxın günlərdə baş tutacaq.
Qeyd edək ki, hesabat STM-in Daxili siyasətin təhlili departamenti və İctimai rəyin öyrənilməsi departamentləri tərəfindən hazırlanıb.шаблоны для dle 11.2