Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ekspert: "Azəriqaz"da gedən islahatlar xidmət sektoru üçün inqilabi xarakter daşıyır"

Baxılıb: 628     Tarix: 03-03-2020 11:32   

Xidmət sektorunda müştəri məmnunluğunun təmin olunması davamlı tədbirlərin həyata keçirilməsini tələb edir. Son zamanlar "Azəriqaz" İstehsalat Birliyində həyata keçirilən struktur və kadr islahatları məhz bu qəbildəndir.
Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov qurumda gedən islahatların inqilabi xarakter daşıdığını deyib.Düşünürəm ki, bu gün "Azəriqaz"da gedən proseslər bütün xidmət sektoru üçün nümunəvidir və başqaları da bu təcrübədən yararlanmalıdır. Bir tərəfdən bürokratik əngəllər aradan qaldırılır ki, bu da nəticədə istehlakçıların rahatlığını və məmnunluğunu təmin edir. Belə ki, vətəndaşlarla ən yüksək səviyyədə görüşlər keçirilir, haqlı iradlar qəbul olunaraq həlli istiqamətində əməli addımlar atılır", - ekspert bildirib.
"İslahatlar "Azəriqaz"da yüksək səviyyəli xidməti təmin edəcək işçi bazasının formalaşmasına əhəmiyyətli dərəcədə təkan verəcək"
Abonentlər tərəfindən qurumun bəzi xidmətlərdən istifadə zamanı haqlı narazılıqların olduğunu diqqətə çatdıran N.Qasımov bunu sırf insan faktoru ilə əlaqələndirib: "Elə kadrlar var ki, bilməməzlikdən, səriştəsizlikdən insanlarda narazılıq yaradır. Bu isə sonradan yanlış olaraq bütöv bir qurumun fəaliyyətinə şamil edilir. Bu mənada islahatlar "Azəriqaz"da yüksək səviyyəli xidməti təmin edəcək işçi bazasının formalaşmasına əhəmiyyətli dərəcədə təkan verəcək".
O, qurumdakı struktur islahatlarının eyni zamanda xərcləri optimallaşdırmağa və büdcə vəsaitlərinə qənaət etməyə imkan verəcəyini də vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar