Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

General: "Hərbi qulluqçuların sosial təminatı yüksək səviyyədədir"

Baxılıb: 610     Tarix: 12-03-2020 13:16   

"Yaşayış və hərbi şəhərciklərdəki daimi dislokasiya məntəqələrində, müvəqqəti dislokasiya yerlərində hərbçilər və onların ailələri üçün hər bir şərait var".
Bunu "Report"a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.
O bildirib ki, bu gün hərbi qulluqçuların sosial təminatı yüksək səviyyədədir: "Sözsüz ki, zabit, MAXE, gizir heyətinin sosial təminatının təşkili həmişə Ali Baş Komandan tərəfindən diqqətdə saxlanılır. Bu diqqət mənzillərin verilməsində, yeni hərbi obyekt və şəhərçiklərin tikintisində, maaşların artırılmasında və digər sosial məsələlərdə özünü göstərir. Bunlarla bağlı atılan addımlar, görülən işlər qaneedicidir və daha da gücləndirilməsi hər bir əsgərin, MAXE-nin, gizirin, zabitin istəyidir. Bu istək də həmişə dövlət tərəfindən nəzərə alınır".
Yaşar Aydəmirov:
"Bu diqqət mənzillərin verilməsində, yeni hərbi obyekt və şəhərçiklərin tikintisində, maaşların artırılmasında və digər sosial məsələlərdə özünü göstərir".
Deputat Aqil Abbas isə qeyd edib ki, Azərbaycan Ordusunda geniş islahatlar aparılır. O, hərbi hissələrdə müşahidə etdiyi məqamlardan danışıb: "Hərbi qulluqçuların maaşının yüksək olması, ərzaq təminatının təşkili, mənzillə təmin olunması, kirayə pullarının verilməsi çox yüksək səviyyədədir. Əvvəllər əsgərlər yemək bişirirdilərsə, təmizlik işlərini görürdürərsə, hazırda bu işləri mülki işçilər həyata keçirirlər. Mən dəfələrlə hərbi hissələrdə olmuşam, əsgərlərlə bərabər yemək yemişəm. Bütün bunları özüm müşahidə eləmişəm.
Deputat Aqil Abbas:
"Kirayə pulu əvvəl zabitin özünə verilirdisə, indi özü ilə bərabər nəzərdə tutulmuş məbləğin 50 faizi qədəri ailə üzvlərinə verilir".
Məni ən çox maraqlandıran məsələ əvvəllər 18-19 yaşlı uşağın ağır yük maşınları idarə etməsi idi. Bu haqda bir neçə dəfə yazmışdım da. Əsgərlərin ağır avtomobillər sürmələrinə həmişə etiraz eləmişəm. İndi bu işi təcrübəli mülki şəxslər görür. Amma əvvəl 6 ay kurs keçib sürücülük vəsiqəsi almış hərbi xidmətə gələn əsgərlər bu ağır maşınları idarə edirdilər. Hazırda orduda böyük islahatlar gedir. İstər sığorta məsələlərində, istərsə də mənzillərin verilməsində. Bunun nəticəsidir ki, Müdafiə Nazirliyi tərəfindən zabitlər üçün evlər tikilir.
Deputat vurğulayıb ki, hazırda Azərbaycan hərbçilərinin sosial təminatı ilə bağlı böyük problem yoxdur: "Hər şey qaydasındadır. İnsan həmişə nəyinsə ən yaxşısını istəyər. Dövlət daha da gücləndikcə, islahatlar davam etdikcə, təbii ki, bu proses daha sürətli gedəcək".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar