Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qubada xüsusi karantin rejimini pozan şəxslər cərimələndi

Baxılıb: 618     Tarix: 02-04-2020 10:19   

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilirlər.
Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.
Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdaqlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında günün gündüz və gücə vaxtlarında elan edilən bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var.
Həmin şəxslər barəsində Quba RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar