Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Daha 100 min nəfərə birdəfəlik ödəniş köçürüldü

Baxılıb: 760     Tarix: 30-04-2020 15:25   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) aidiyyəti üzrə bank və poçt filallarına köçürüb.
Nazirlikdən Qanunvehedef.az-a verilən məlumata görə, vəsaiti köçürülən şəxslərə bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndərilir.
Onlara mesaj gəldikdən sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda Azərpoçt MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə birdəfəlik ödəməni ala bilərlər.
Aprelin 9-dan birdəfə ödənişlərin verilməsinə başlanıb. Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 500 minə çatıb. Hazırda ödənilən maliyyənin ümumi məbləği 95 milyon manatdır.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar