Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ÜST-dən kritik koronavirus xəbərdarlığı: Dəhşətli rekorda çatırıq

Baxılıb: 980     Tarix: 23-06-2020 12:19   

İsveçrənin Cenevrə şəhərində yerləşən qərargahında təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus "Demək olar ki, hər gün yeni və dəhşətli bir rekorda çatırıq" deyib.
Qanunvehedef.az xəbər verir ki, dünən dünya miqyasında 183 mindən çox koronavirusa yoluxma halının olduğunu bildirən Ghebreyesus, bunun bir gündə qeydə alınan ən çox yoluxma sayı olduğunu bildirib.
Bəzi ölkələrdə yoluxma və ölüm sayının sürətlə artmasını deyən Ghebreyesus, dünyada 8.8 milyondan çox yoluxma və 465 min ölüm halının qeydə alındığını deyib.
Həmçinin müxtəlif ölkələrin qadağaları qismən ləğv etdiyini xatırladan Ghebreyesus, bu ölkələrdə yenidən yoluxma sayının sürətlə artdığını diqqətə çatdırıb.
ÜST-nın Kovid-19 ilə mübarizə rəhbəri Maria Van Kerxove, hazırda alimlərin "virusda bir dəyişiklik olub-olmadığını müəyyənləşdirmək üçün" araşdırdırmalar apardığını söyləyib. Covid-19-un təsirini itirməsinə dair heç bir dəlilin olmadığına diqqət çəkən Kerxove, "Hələ gücünü itirdiyini görmədik, ancaq qlobal miqyasda bunu öyrənən bir qrup insan var" deyə fikrini bildirib.
Digər tərəfdən, ÜST-nin Təcili Yardım Proqramının direktoru Mayk Rayan ABŞ-ın bəzi ştatlarında yoluxma sayının daha çox gənclərdə aşkar olduğunu açıqlayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar