Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Birdəfəlik müavinət üçün təkrar qeydiyyat niyə aparılmır?

Baxılıb: 1 004     Tarix: 07-08-2020 12:17   

Dövlət müxtəlif kateqoriyalı insanlara müxtəlif ödənişlər edir. Bu gün dövlət tərəfindən məcburi köçkünlərə ödənişlər edilir.
Qanunvehedef.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan bugünkü mətbuat konfransında deyib.
"Məhz bu səbəblə bu gün məcburi köçkünlər, pensiya alanlar 190 manat almaqdan məhrum edilib. 190 manat birdəfəlik müavinət məhz dövlət tərəfindən dəstək ayrılmayan şəxslərə verilir", - o bildirib.
Nazir qeyd edib ki, aprel ayının 7-dən 20-nə qədər hər bir vətəndaşa birdəfəlik müavinət üçün qeydiyyatdan keçməyə imkan yaradıldı:
"Qeydiyyat prosesindən sonra yoxlama uzun müddət tələb edir. Məhz bu səbəblə birdəfəlik müavinət üçün təkrar qeydiyyat aparılmır. Qarşıdakı müddət ərzində də təkrar yoxlama aparılaraq, 13 şəhər və rayon üzrə aztəminatlılıq meyarına uyğun gələn şəxslərə birdəfəlik müavinət ödəniləcək".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar