Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Qapalı şəraitdə toy etmək olar" - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI

Baxılıb: 509     Tarix: 25-09-2020 14:01   

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir. Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb.
Belə bir məqamda Azərbaycanda yoluxmanın kontrolda saxlanılması oktyabrın 1-də başa çatacaq xüsusi karantin rejiminin uzadılmaması, toylarla bağlı qadağanın aradan qaldırılması kimi məsələləri gündəmə gətirir.
Qanunvehedef.az xəbər verir ki, Milli.Az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev toylarla bağlı icazənin mümkün olduğunu bildirib:
"Xüsusi karantin rejimin yenidən uzadılıb-uzadılmaması önəmli deyil, önəmli olan karantin rejimin şərtləridir.
Rejim uzadıla bilər, amma hansı şərtlər daxilində?! Hazırkı karantin rejimi uzadılsa belə, rayonlar, şəhərlərarası məhdudiyyətlər yoxdur. Kafelər, restoranlar da saat 12-yə kimi işləyir. Düzdür, bir çox bəzi əyləncə mərkəzləri açılmasa da, insanların ehtiyaclarını qarşılayacaq yerlər açıqdır. İnsanlar artıq rahat çölə çıxa bilirlər, əvvəlki kimi sms icazə və digər məhdudiyyətlər yoxdur. Bu şərtlər daxilində karantin rejiminin gündəmdə olması normaldır. Çünki Avropanın bir çox ölkələrində COVİD 19-la bağlı epidemioloji vəziyyət artıq yenə kritik həddə çatıb. Düşünürəm ki karantinin müddəti uzadılmalıdır. Ancaq şərtlər isə günümüzdəki yoluxma hallarının sayına uyğun olaraq tənzimlənməlidir.
Amma toyların keçirilməsi icazəsiylə bağlı bir fikir söyləyə bilmərəm. Mövcud vəziyyətdə hansı şərtlər daxilində toylara icazə verilə bilər?! Havaların soyuduğu bir vaxta gedirik. Açıq havada da toy etmək olmaz. Düşünürəm, qapalı şəraitdə bəlkə də az insanların olduğu bir mühitdə toy etmək olar. Amma toylarla bağlı icazə mənim səlahiyyətim daxilində deyil".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar