Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Ana, ölsəm bağışla" - əsgərin gündəliyindən

Baxılıb: 518     Tarix: 30-12-2020 13:55   

"Mən Azərbaycan əsgəri olub, ermənilərin tankın vuraram!" arzusu ilə böyüyən Nihad Əhmədov o günləri gördü.
Astaranın Alaşa kəndi ərazi vahidliyinə daxil olan 3 kənddən biridir. Kəndin 12 övladı Şanlı Vətən Müharibəsinin qalibləri sırasında yer alaraq əbədiyyətə qovuşub.
"Report"un Cənub Mərkəzi onlardan biri , şəhid əsgər Nihad Fuad oğlu Əhmədovun doğulduğu evdə olub.
Şəhid əsgər Nihad Əhmədov 20 yaşında idi. Uşaqlıqdan arzusu əsgər olmaq, hərbiçi olmaq istəyib. Orta məktəbi əla qiymətlərlə bitirib Bakı Rabitə və Nəqliyyat Kollecinə daxil olub. Bir il oxuduqdan sonra hərbi xidmətə gedib.
Anası Elnarə Əhmədovanın sözlərinə görə Nihad hər zaman qəhrəmanlarımızın yolunu davam etdirmək istəyində olub. Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun düşmən üstünə getdiyi postda xidmət etməsi onu hərbə daha da bağlayıb. Qəti qərara gəlib ki, müddətdən artıq hərbi xidmətdə qalacaq. Şəhid anası deyir ki, özünün qeydlər elədiyi dəftərləri vardı. Hansı dəftəri açırdın görürdün yazıb "İmam Hüseynin əsgəri olmaq istəyirəm, şəhid olmaq istəyirəm". Namaz qılan uşaq idi. Dinindən, namazından qalmazdı. Uşaq olanda helə hərbi forma geyinərdi. Ancaq həyətdə Azərbaycan əsgərinin marşını oxuyardı. Taxtalardan özünə o qədər silah düzəldərdi ki, qoyardı çiyninə qəzərdi. Deyərdi "Mən Azərbaycan əsgəri olaram. Erməninin tankını vuraram.O, vətənpər ruhda böyüyüb."
İdmanla ciddi məşğul olan Nihad Əhmədov hərbi xidmətdən qayıtdıqdan az sonra sənədlərini hazırlayıb MAHHX - Müddətdən Artıq Həqiqi Hərbi Xidmətə yazılır. 5 ay xidmətdən sonra Vətən Müharibəsi başlayır. Müharibənin ilk günündən qanlı döyüşlərdə qəhrəmanlıq göstərir. Həmlə taborunda qranatamyot, iri çaplı pulemyot atıcısı olub. Sərrast atışları ilə düşmən mövqelərini və hədəflərini yerlə bir edib.
"Məzuniyyətə gəlmişdi. Gedəndə gördüm bloknotu vardı. Onun əşyalarına dəyməyə xoşu gəlməzdi. Gördüm stolun üstündədir deyir Nihadın atası. Baxdım içində yazıb "Ana şəhid olsam, ağlama!" . anasını çağırdım, dedim bax, nə yazıb. Namazqılan uşaq idi. Məscidin axunduna demişdi mən bayraqla qayıdaram. Ürəyinə dammışdı."
Son dəfə ailəsi ilə telefonda oktyabrın 9-da danışıb. Şəhid Nihad Əhmədov Talış kəndinin, Murovdağ yüksəkliyinin düşməndən azad olunmasında qərhəmancasına döyüşüb. Suqovuşanın alınması istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə yüksəlib. Nihad Fuad oğlu Əhmədov şəhid olduqdan sonra "Vətən uğrunda medalı" ilə təltif edilib.
Bu igidlərimizin hər birinin Vətən uğrunda canları, qanları ilə yazdıqları hərb hekayələrini oxuyan yeni nəsillər böyüyəcək, Qalib Azərbaycanın əsgərləri olmaqları ilə qürur duyacaqlar.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar