Xəbər lenti
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İtkin düşən müharibə iştirakçısının meyiti tapıldı

Baxılıb: 317     Tarix: 12-01-2021 10:44   

Vətən müharibəsində sürücü kimi iştirak edən Kamal Ceyhun oğlu Süleymanov dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb. K.Süleymanovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə və mediaya bildirsələr də, K.Süleymanovu tapmaq mümkün olmamışdı.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, Kamal Süleymanovun yaxınları 25 yaşlı gəncin meyitinin ötən gün tapıldığını bildirib. Vətən müharibəsinin iştirakçısının meyiti digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüblər.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib. O sonuncu dəfə dekabrın 31-də ailə üzvləri ilə danışaraq tərxis olunduğunu və yaxın vaxtlarda evə gələcəyini bildirib.шаблоны для dle 11.2