Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənistan hərbi büdcəsinin 50 %-ni Qarabağın minalanmasına xərcləyib

Baxılıb: 759     Tarix: 25-02-2021 11:41   

Ermənistan 2020-ci il üçün hərbi büdcəsinin 50, rəsmi valyuta ehtiyatlarının 15 və ya dövlət büdcəsinin 10 %-ni Azərbaycan ərazilərinin minalanmasına xərcləyib.
“Report” xəbər verir ki, bu barədə “Svobodnaya Pressa” yazıb.
“27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mərmilərin ümumi dəyəri 3 milyon ABŞ dollarına çatır. İstehkamçıların qiymətləndirməsinə görə, işlərin artıq aparıldığı və ya gələcəkdə aparılması planlaşdırıldığı ərazilərdə ümumilikdə təxminən 4,5 milyon mina basdırıla bilər”, - məqalədə deyilir.
Qeyd olunur ki, mütəxəssislərin hesablamalarına görə, Ermənistan tərəfinin basdırdığı minaların ümumi dəyəri 340 milyon ABŞ dollarına çata bilər.
“Ermənilərdən “miras qalan” mina sahələri əsasən Azərbaycanın artıq nəzarəti bərpa etdiyi və bu illər ərzində Dağlıq Qarabağın statusu ətrafındakı danışıqlarda əsas sövdələşmə elementi olan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ərazisində yerləşir”, - nəşr vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar