Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanın ən çox ixrac və idxal etdiyi məhsullar - YENİ SİYAHI

Baxılıb: 509     Tarix: 16-08-2019 10:41   

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən Qanunvehedef.az-a verilən məlumata görə, 103 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16 866,2 milyon ABŞ dolları, o cümlədən, ixracın dəyəri 9850,6 milyon dollar, idxalın dəyəri 7015,6 milyon dollar təşkil edib.
Nəticədə, 2835,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə, xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2 faiz, o cümlədən idxal 50,5 faiz artmış, ixrac 1,4 faiz azalıb. Real ifadədə isə dövriyyə 6,5 faiz, o cümlədən idxal 19,6 faiz, ixrac 0,4 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 28,1 faizini İtaliya, 12,4 faizini Türkiyə, 6,9 faizini Çin, 6,3 faizini Hindistan, 5,7 faizini Almaniya, 5,5 faizini İsrail, 4,3 faizini İspaniya, 3,8 faizini Rusiya, 3,3 faizini Çexiya, 3,2 faizini Gürcüstan, 2,6 faizini Fransa, 2,3 faizini Birləşmiş Krallığa, 15,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,4 faizi İsveçrə, 14,3 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,4 faizi Çin, 5,9 faizi ABŞ, 5,6 faizi Kanada, 4,7 faizi Almaniya, 4,1 faizi İran, 3,1 faizi Ukrayna, 2,9 faizi Avstraliya, 2,5 faizi İtaliya, 1,9 faizi Fransa, 1,8 faizi Qazaxıstan, 20,7 faizi isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2019-cu ilin yanvar-iyun aylarında ölkədən 979,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 15,7 faiz, real ifadədə isə 11,1 faiz çoxdur.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (36,3 faiz), Türkiyəyə (21,8 faiz), Gürcüstana (8,7 faiz), İsveçrəyə (7,5 faiz), İtaliyaya (3,1 faiz), Ukraynaya (2,4 faiz), Yunanıstana (1,8 faiz), İrana (1,8 faiz), Çinə (1,7 faiz) və Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 3,1 faiz, təzə meyvə – 31,3 faiz, şəkər – 22,3 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 37,9 faiz, meyvə və tərəvəz konservləri – 10,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 34,5 faiz, pambıq lifi – 2,9 dəfə, polietilen – 1,1 faiz, pambıq ipliyi – 50,3 faiz, qara metallardan yarımfabrikatlar – 2,3 dəfə, bentonit gili – 11,1 faiz artmış, kartof ixracı isə 7,4 faiz, çay – 1,6 faiz, bitki yağları – 35,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 27,3 faiz, emal olunmamış alüminium – 12,4 faiz, qara metallardan borular – 80,8 faiz azalıb.
2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında buğda idxalı 7,0 faiz, təzə meyvə – 2,4 faiz, xam şəkər və şəkər – 2,5 dəfə, bitki yağları –0,9 faiz, çay – 1,7 faiz, kartof – 13,6 faiz, quş əti və onun əlavə məhsulları – 14,0 faiz, mal əti – 8,8 faiz, təzə tərəvəz – 39,2 faiz, minik avtomobilləri – 2,0 dəfə, polad prokatı – 3,6 faiz, mineral gübrələr – 10,5 faiz, hesablama maşınları, blok və qurğuları – 23,6 faiz, məişət kondisionerləri – 1,9 dəfə, mebellər – 11,9 faiz, rezin şinlər – 5,8 faiz, polietilen – 15,1 faiz, yük avtomobilləri – 1,6 dəfə, paltaryuyan maşınlar – 1,2 faiz, qara metallardan künclüklər – 24,8 faiz, avtobuslar – 1,7 dəfə artıb, siqaret idxalı isə 41,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 2,4 faiz, qara metallardan borular – 2,3 faiz, qara metallardan çubuqlar – 5,3 faiz, sement və sement klinkerləri – 32,7 faiz, məişət soyuducuları – 9,9 faiz azalıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar