Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Piketə icazə verildi, əvəzində qanunsuz çağırış başladı

Baxılıb: 549     Tarix: 04-10-2019 10:41   

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakı Şəhər İcra Hakimiyyətinin Milli Şuranın piketinə icazə verməsi ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.
Qanunvehedef.az xəbər verir ki, BAXCP sədri piketə icazə verilməsini dəstəkləyib və bunun piket etmək istəyənlərin konstitusion hüququ saydığını bildirib.
“Amma məni təəccübləndirən o oldu ki, qanunun aliliyi uğrunda mübarizə apardığını bəyan edən şəxslər insanları piketi müşahidə etməyə çağırır. Qanuna görə, 50 nəfərdən çox adam piketə qatılarsa, bu artıq qanunun tələblərinin pozulmasıdır. Deməli, piketi müşahidə adı altında insanların kütləvi, qanunsuz toplantısı planlaşdırılır. Bu isə həmin ərazidə qanunsuz aksiya olması və nəqliyyatın hərəkətinin pozulacağına görə polisin müdaxiləsinə səbəb olacaq. Kənar şəxslərin ora toplanmasının qarşısını almaq əvəzinə əhalini piketi müşahidə etmək adı altında aksiyaya çağırmaq, sadəcə, siyasi dələduzluqdur. Sözsüz ki, baş verəcəklərə görə də məsuliyyəti bu cür çağırış edənlər daşımalıdır. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti və Baş Polis İdarəsi təşkilatçıları bu barədə xəbərdar etməlidir. Mən də millət vəkili olaraq insanları qanunlara hörmət etməyə, təxribatlara uymamağa çağırıram”, - millət vəkili deyib.шаблоны для dle 11.2



buy yes2win seo ranking