Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Yəhudi uşaq müsəlmanın ayağını öpür - Qalmaqal yaradan FOTO

Baxılıb: 675     Tarix: 04-10-2019 15:39   

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.
Qanunvehedef.az milli.az-a istinadla xəbər verir ki, görüntülərdə yəhudi əsilli yeniyetmənin zorla müsəlmanın ayağını öpməsi əks olunub.
Kadrlar Avstraliyada, Melburndakı məktəblərdən birinin yaxınlığında çəkilib. Adı mətbuata açıqlanmayan 12 yaşlı oğlan evə gedən kimi başına gələnləri anasına danışıb.
Uşaq anası ilə söhbət edərkən bildirib ki, əgər, oğlanın ayağını öpməsə, onu döyəcəklərmiş. O, bu hərəkətinə görə anasından və yəhudilərdən üzr istəyib.
"Ana, istəsən məni sevməyə, qəbul etməyə bilərsən. Başa düşürəm ki, düzgün hərəkət etməmişəm. Mən lazımsız biriyəm, yəhudilərin üz qarasıyam", - deyə uşaq anasına söyləyib.
Təzyiqlərə məruz qalan 12 yaşlı oğlanın anası mətbuata açıqlaması zamanı bildirib ki, Avstraliyada yaşayan yəhudilər əksər hallarda ələ salınıb, alçaldılırlar. 
Qadın bildirib ki, olay məktəbdən kənarda baş verdiyinə görə, məktəb məsuliyyəti boynundan atıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar