Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Bir kişi çıxıb ona yumruq vurub qadını əlindən almadı"-Millət vəkili dəhşətli cinayətdən danışdı

Baxılıb: 595     Tarix: 08-10-2019 13:28   

"Ailə zorakılığı son dövrlər artıb".
Qanunvehedef.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında millət vəkili Aytən Mustafayeva bildirib.A. Mustafayeva deyib ki, iki gün əvvəl Avtovağzal metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qabağında arvadını bıçaqlıayıb: "Kişilər bunu telefonla çəkiblər, hadisə uşaqların gözü qarşısında baş verib. Bir kişi çıxmayıb ki, ona bir yumruq vursun, qadını onun əlindən alsın".
Millət vəkili qeyd edib ki, başqa bir hadisə zamanı bir şəxs metroda bir nəfəri bıçaqlaylı:
"Heç olmasa, metroda insanların üzərində bıçaq olub-olmadığını polislər yoxlasın. Bu saədə qanunvericilik təkmilləşdirilməli, sərtləşdirilməlidir. Bununla bağlı Milli Məclisdə komitələrində müzakirə aparılmasına ehtiyac var. Yeri gəlmişkən, biü müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə də münasibət bildirmişdim. Ancaq bir müğənni sonradan çıxıb demişdi ki, yəqin ki, qadının nəsə günahı olub. Bu, necə müğənnidir?! ".
Milət vəkili Məlahət İbrahimqızı da həmkarını dəstəkləyib, bu kimi məsələlərə ziyalıların həssas münasibət ortaya qoymasını zəruri sayıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar