Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ali Məhkəmənin kollegiya sədri vətəndaşları qəbul edəcək

Baxılıb: 687     Tarix: 14-10-2019 10:37   

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Masallıda vətəndaşları qəbul edəcək.
Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulu Masallı Rayon Məhkəməsində (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti, 87) saat 11:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Masallı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455485 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}