Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Aztelekom” özəl provayderlərə “müharibə“ elan edib

Baxılıb: 598     Tarix: 16-10-2019 10:35   

Bir müddət öncə, “Avirtel” provayderinin Abşeron Telekommunikasiya Qovşağına qarşı iddiası üzrə məhkəməsi təxirə salınaraq, məhkəmənin baş tutacağı tarix 12 noyabrda təyin edilib.
Məhkəmənin davam etdiyi bir müddətdə Abşeron Telekommunikasiya Qovşağı Sulutəpə yaşayış massivini və bu rayondakı digər əraziləri internetsiz qoyub.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz açıqlama verib: “Rəis özəllərə qarşı əsl “innovativ müharibə” elan edib. Provayderlərlə Qovşaq arasında məhkəmə çəkişməsinin getdiyi bir zamanda, Mikayıl Babayev bütöv bir ərazini, Sulutəpə yaşayış massivini və bu rayondakı digər əraziləri internetsiz qoymaqdan çəkinmir. Özəl provayderlərin internet xidməti üçün zəruri olan Qovşaqdakı bütün avadanlıqlarını çəkinmədən söndürür. İnsanların razılığı və hətta xəbəri olmadan onları özəl provayderlərdən çıxararaq Aztelekom şəbəkəsinə keçirirlər. Belə avam edərsə Xaçmaz rayonundan sonra burada da yalnız Aztelekom dövlət provayderi fəaliyyət göstərə biləcək“.
Gündüz bildirib ki, sektorun tənzimləyici qurumu Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. “Aztelekom” da nazirliyin qurumudur. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, maraqlı tərəf elə tənzimləyici qurumdur. Buna görə də özəl provayderlər məhkəməyə və Antiinhisar Dövlət Xidmətinə müraciət ediblər. Antiinhisar qurum Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün icrası məcburi qərar qəbul edib. Lakin nazirlik hələlik qərarın icrasına tələsmir.  /”Xeberler”шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar