Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Metroda ciddi sıxlıq yarandı, qatarlar ləngidi - Foto

Baxılıb: 586     Tarix: 22-10-2019 11:00   
Bu gün səhər saatlarında metronun “Həzi Aslanov” stansiyasından “Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda sıxlıq müşahidə olunub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkələrdə məlumat paylaşıblar. Sərnişinlər metronun “Koroğlu”, “28 May”, “20 Yanvar” və digər stansiyalarında yaranmış sıxlıqdan şikayətləniblər.
“20 Yanvar” stansiyasında qatarın 10 dəqiqədən çox gözlədiyi bildirilib.
Məsələ ilə bağlı Qanunvehedef.az-a danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün metroda sərnişinlərinin sayının çox olduğunu deyib:
“Bu gün metropolitenin stansiyalarında müşahidə olunan sıxlıq sərnişin sayının əvvəlki günlərlə müqayisədə çox olması ilə əlaqədardır. Bununla bağlı qatarların yola düşməsində müəyyən problem yaransa da, interval normal tənzimlənib.
Bundan əlavə, qatarlardan birində texniki nasazlıq baş verdiyindən “28 May” stansiyasından depoya göndərilib. Amma həmin qatarın yerinə xəttə başqa qatar verildiyindən, bu, xəttdəki qatarların intervalına elə də təsir etməyib”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar