Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Laçın rayonundan məcburi köçkün Məmmədov Vüqar İbad oğlunun müraciəti.

Baxılıb: 569     Tarix: 24-10-2019 09:11   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə

Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: "Qanun və Hədəf" beynəlxalq ictimai-siyasi hüquq qəzeti redaksiyasına
 
Sumqayıt şəhəri, 9- cu məhəllə, ev - 4, mənzil - 35 ünvanda məskunlaşmış Lacın rayonundan məcburi köçkün Məmmədov Vüqar İbad oğlu tərəfindən 
                                                MÜRACİƏT
Mən Laçın rayonundan məcburi köçkün olan Məmmədov Vüqar İbad oğlu fermer təsərrüfatı ilə məşğul olmaq məqsədilə bacım Əliyeva Gülbəniz  İbad qızının evini girov qoyub, 2015-ci ildə ABŞ dollarının manata müqabil məzənnəsi 0,78 AZN olan vaxtı Finoko BOKT ASC bankından 30.000 (otuz min) ABŞ dollar götürmüşəm. Bu müqavilədə hər ay kredit borcumu ödəmişəm və hal - hazırda da ödəyirəm. Prezidentin problemli kreditlərə güzəşt haqqında sərəncamına baxmayaraq, mənə hec bir güzəşt edilməmişdir.
Bu bank Sumqayıt şəhəri məhkəmə icraçıları ilə əlbir olub məqsədli şəkildə evimizi əlimizdən almaqda,  dəyər - dəyməzinə mənimsəməkdə israrlıdır. Odur ki, sözügedən bu neqativ situasiyanı nəzarətə götürdüb, Finoko BOKT ASC bankının evimizi əlimizdən almaq məqsədilə bizə qarşı qurduğu “hörümçək toru”nun ləğv edilməsinə dair aidiyyati hökumət, dövlət orqanlarına göstəriş verməyinizi xahiş edirəm.
Əminəm ki, düşmən tərəfindən didərgin salınmış məcburi köçkün ailəsinin qışın günü kimsə tərəfindən məqsədli şəkildə küçəyə tökülməsinin qarşısının alınmasına dair tərəfinizdən müvafiq tədbir görüləcəkdir.
Hörmətlə,
İmza:        Məmmədov Vüqar AZE: 07976853
Əlaqə nömrəsi (051) 3171344
10.10.2019-cu il.  шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar