Sabiq bank sədrinə Beynəlxalq Bankda vəzifə verilib
Baxılıb: 640 Tarix: 24-10-2019 14:03
Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub
“Marja”nın Bankdan əldə etdiyi məlumata görə, İlham HəbibullayevAzərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsinə təyin edilib.
1977-ci il təvəllüdlü İlham Həbibullayev 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub. 1995-ci ildən bank-maliyyə sektorunda olan İ.Həbibullayev ayrı-ayrı banklarda, o cümlədən Unibank və Expressbankda müxtəlif vəzifələrdə çalışıb.
2010-2017-ci illərdə Exspressbankın İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən son təyinata qədər isə bankın İdarə Heyətinin sədri olub.
Ən çox oxunanlar
Son xəbərlər