Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Allahşükür Paşazadə Avstriyaya getdi

Baxılıb: 607     Tarix: 28-10-2019 13:49   

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-30-da Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
İdarədən Qanunvehedef.az-a verilən məlumata görə, səfər müddətində QMİ sədri KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən keçirilən bir sıra mühüm toplantılarda iştirak edəcək.
KAİSİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü olan Şeyxülislam A.Paşazadə ilk olaraq KAICIID-in Tərəflər Şurası və Direktorlar Şurasının Mərkəzin yarandığı gündən bəri ilk müştərək iclasına qatılacaq. Birgə iclasdan sonra İdarə Heyətinin 21-ci növbəti sessiyası keçiriləcək, iclasda Mərkəzin son dövr üzrə fəaliyyəti və qarşıdan gələn konfransı müzakirə olunacaq.
QMİ sədri A. Paşazadə 30-31 oktyabr tarixlərində keçiriləcək " Sözün Gücü: nifrət nitqinə qarşı mübarizədə dinin, medianın və siyasətin rolu" adlı beynəlxalq konfransda iştirak edəcəkdir. Burada KAICIID-in beynəlxalq səyləri və Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma və Əməkdaşlıqın birgə dinc yaşama, bərabər vətəndaşlıq və nifrət nitqinə qarşı yönəlik səylərinin müzakirə olunacağı nəzərdə tutulur. Məlumat üçün bildirək ki, Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma, bölgədəki müsəlmanlar və xristianlar üçün ilk dinlərarası dialoq platformasıdır. Həmin platforma bölgənin 23 Müsəlman və Xristian dini lideri tərəfindən təsdiqlənmiş " Təsis Sənədi" ilə formalaşdırılıb.
Konfransda 200-ə yaxın dini lider, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də siyasətçılər toplaşacaqlar. Konfransın əsas məruzəçiləri Avstriya Respublikasının keçmiş Prezidenti Hainz Fişer və BMT Baş katibinin Soyqırımların qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adam Diengdir. Konfrans dünyanın müxtəlif bölgələrindən dini liderlər, dini qurumların yüksək nümayəndələri, siyasətçilər və Beynəlxalq Təşkilatların rəhbərləri arasında fikir və təcrübə mübadiləsi, birgə yanaşı yaşama, bərabər vətəndaşlıq və nifrət nitqlərinə qarşı mübarizə platforması kimi çıxış etmək məramı daşıyır.
Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq qurumdur. Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə ehtiramın artırılmasına yönəlmiş missiyası 5 qitə, 25 ölkədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır.
Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan, din və dövlət xadimlərinin birgə təmsil olunduğu yeganə hökumətlərarası təşkilatdır.шаблоны для dle 11.2