Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Vilayət Eyvazov Kiyevdə baltalanan azərbaycanlı ilə bağlı göstəriş verdi

Baxılıb: 713     Tarix: 30-10-2019 10:08   

Kiyevdə Azərbaycan vətəndaşını qətlə yetirən şəxsin yaxalanması ilə bağlı Ukrayna Milli Polisində görüş keçirilib.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun soydaşlarımızın hüquqlarının qorunması və onlara qarşı törədilən cinayətlərin üstünün açılmasına dair göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.
Daxili İşlər Nazirliyinin Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb.
Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib. 
Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müzakirələrdə Ukrayna Milli Polisinin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar