Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye

Baxılıb: 799     Tarix: 31-10-2019 16:28   

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Anar Tağıyev Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qanunvehedef.az xəbər verir ki, Tağıyev Anar Aqil oğlu - 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub.1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.
Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, A.Tağıyev 2011-ci ildən bugünkü təyinata qədər Nəsimi rayon İcra başçısının müavini vəzifəsində çalışıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar