Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xaçmazın 39 yaşlı yeni icra başçısı - Tərcümeyi-hal

Baxılıb: 999     Tarix: 31-10-2019 16:42   

Elnur Şahbaz oğlu Rzayev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qanunvehedef.az xəbər verir ki, yeni icra başçısı E.Rzayev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.
O, 1980-ci ildə (39 yaş) Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.
2004-2009-cu illərdə DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.
2013-cü ildən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini idi.
Ailəlidir, 3 övladı var.шаблоны для dle 11.2