Xəbər lenti
Arxiv
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qazaxda Dəlibaşov-Alıyev zülmü ərşə dirənib – Allahdan əllərini üzən qazaxlılar nəyə görə xərçəngə sitayiş edirlər

Baxılıb: 884     Tarix: 21-11-2022 13:32   
 
İnternet resurslarında 4 il əvvəl yayılmış belə bir məlumat var: “Xanlıqlar kənd kitabxana filialı “ Bayrağımız yenilməzdir” adlı ədəbi kompozisiya keçirib”. Və bu tədbirdə şagirdlərdən Dəlibaşov İlkin və başqaları Dövlətə, Bayrağa, Müstəqilliyə aid şeirlər söyləyiblər.
Bu məlumatı ona görə önə çıxardıq ki, Qazaxda “Dəlibaşov” soyadını daşıyanların olması barədə deyilənlərə inanmaqda bizi heç kim qınamasın. İlkinə isə “əhsən” alqışı düşür. Çünki o, adı ictimailəşəndən sonra  Qazax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məhəmməd Dəlibaşov kimi öz soyadından imtina etməyib, onu “Alıyev” və ya başqa birisi ilə əvəzləməyib.

Məhəmməd Alıyev (Dəlibaşov) əvvəllər polis oqranlarında çalışıb. 1991-ci ildə ermənilərlə üzbəüz Əskipara kəndinin mühafizəsində yerli əhali ilə birlikdə rayon polis idarəsinin əməkdaşları bütün döyüşlərdə gerçəkdən çox böyük qəhrəmanlıqlar göstəriblər. Elə bu döyüşlərin birində qəflətən polis məmuru Məhəmməd Alıyev gözlənilmədən “ürək keçmə” xəstəliyinə tutulur və beləcə polisdə çalışmaqdan uzaqlaşır. Onu yaxından tanıyan polis işçiləri isə öz aralarında “Dezertir Mamed” ayamasını verirlər.

Bildirilir ki, Məhəmməd Alıyev rayonda demək olar bütün sahələrə müdaxilə edir və həmin sahələrin rəhbər vəzifəli şəxsləri onun alçaq itaətinə boyun əyməyəndə intriqalar aparır. Məhəmmədin hansı sahə üzrə ali təhsil alması da bu günə kimi müəmma olaraq qalır.
Xanlıqlar kəndindəki villası, rayon mərkəzindəki dəbdəbəli imarəti, Bakıdakı “göydələnlərdə” çoxsaylı mənzilləri, oğlunun idarə etdiyi, bir çoxu da başqa qohumlarının adına olan obyektləri hansı vəsaitlə tikdirməsi də cavab istəyən suallardandır. “Dezertir Mamed” necə olubsa, bir vaxtlar ofisiant işləmiş qardaşına da I Qarabağ müharibəsinin qazisi kimi əsassız sənədlər düzəltdirib, onu dövlət hesabına evlə, maşınla təmin elətdirib. Halbuki, qardaşı müharibədə deyil, xurma ağacından yıxılaraq əlil olub.

M.Alıyevin çapovulçu siyasətinə uyğun olaraq, rayonun bütün qəssablarına məcburi göstəriş verilib ki, irili-xırdalı bütün heyvanları öz ət dükanlarının yanında deyil, məhz Məhəmmədin mal-bazarının yanındakı sallaqxanasında kəssinlər. Bu xidmətə görə hər kəsilən heyvan üçün 25 manat alınsa da, cəmi 6 manatlıq qəbz verilir. Sallaqaxanada isə antisanitariya hökm sürür.

M.Alıyev Böyük Cəfərli, Bala Cəfərli, Xanlıqlar kəndlərində geniş kartof sahələrini də ələ keçirib. Paytraxtın “8-ci kilometr” bazarında Qazaxdan gətirilərək satılan kartofun hamısı onun inhisarındadır. Həmin sahələrdə kartof yığan fəhlələrə günəmuzd 15 manat vəd etsə də, axırda sözünə xilaf çıxaraq 8 manatdan pullarını ödəyib. İstisna etdikləri də olur; məsələn, kartof yığdırdığı fəhlələrin manqa başçısı Namazova Rüqəyyanın adını Kommunal Müəssisələri Kombinatına tam ştatlı fəhlə kimi yazdırıb. Kombinat direktoru Nəbiyev Sərxan Namaz oğlu isə Alıyevin yaxın çevrəsində olan məmurlardandır. Sərxan birbaşa zibil yığmaq vəzifəsindən savayı bütün başqa maxinasiyaları yaxşı bacarır.

Sinəsində YAP vəsiqəsi gəzdirsə də, Məhəmmədin radikal müxalifət fəalları ilə daimi əlaqələri barədə həmişə mətbuatda söz-söhbət gəzib.  Zərəri yoxdur – bizim ölkəmizdə siyasi orientasiyasına görə qanunla heç kəs təqib olunmur. Ancaq Qazağın faktiki birinci yerdə olan ikinci məmurunun dövlət çevrilişinə cəhd edənlərlə isti münasibəti artıq başqa mətləblərdən xəbər verir. Etibarlı mənbədən aldığımız məlumata görə, M.Alıyev “OMON”un ömürlük azadlıqdan məhrum edilmiş komandiri Elçin Əmiraslanova görə üzüldüyünü Elçinin bacısı Şəhla həkimə deyib və ona sitəm edənlərə qarğış yağdırıb.

M.Alıyevin mütəmadi əlaqə saxladığı “dolaşıq adamlar” sırasında xaricdə yaşayan, Azərbaycandakı iqtidarın əleyhinə hədyan və təhqir yağdıran blogerlər Qabil Məmmədov və  Ruslan Cəlilov da vardır. Alıyev “ipə-sapa yatmayan” yerli məmurları paket verərək kompromat ötürdüyü həmin blogerlərin əli ilə vurur. Bundan başqa, Alıyevin öz çirkin oyunlarında təkcə söyüş müxalifətindən deyil, səhiyyədə adı gedib işə çıxmayan Tərlan və başqa şantajçı qadınların da xidmətindən istifadə etdiyi deyilir.
Qeyd olunur ki, M.Alıyev özü barədə “toxunulmazlıq statusu” yaratmaq üçün hər yerdə arxasında Prezident Administrasiyasının regional idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevin durduğunu deyir. Yeri gəlmişkən, Məhəmmədlə “bir bezin qırağı” olan Sərxan Nəbiyevin də Administrasiyada işləyən oğluna güvəndiyi deyilir.

Hərçənd, M.Alıyev özü hətta korrupsioner ortaqlarına münasibətdə belə etibarlı adam deyil. Belə ki, o, təmənna qarşılığında Çaylı Bələdiyyəsinə təkrar sədr seçdirəcəyini vəd etdiyi Vəli Kosayevə “atıb”. Kosayev narazılıqlarını Ədalət Partiyasının tribunasından xeyli dilə gətirsə də, heç nəyə nail ola bilmədi, dünyasını dəyişdi.

Məlumatlarda o da bildirilir ki, M.Alıyev düçar olduğu xərçəng xəstəliyindən qurtulmaq üçün Türkiyədə əməliyyat olunsa da, Bakıdakı türk klinikasında kimya terapiyasına külli miqdarda pullar xərcləsə də, ölümün elə də uzaqda olmadığını bilir. Amma ömrünün qürubunda iman qazanmaq əvəzinə yenə də nəhayətsiz kapitalını artırmaq, yeddi arxa dönəninə yetəcək qədər haram pullar əldə etməkdən ötrü hər əyriliyə gedir. Birinci müavinin Qazağa, qazaxlılara elədiyi zülm elə ərşə dirənib ki, onun xəstəliyindən xəbəri olan hamı xərçəngə sitayiş edir ki, onu tez aparsın. Çünki onları Dəlibaşov-Alıyevin əsarətindən qurtarması üçün Allaha elədikləri dualar müstəcəb olmayıb.
Mövzuya qayıdacağıq.

Mircəfər Hüseynzadə, bölgə müxbiriшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar