Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

20 milyonluq qızılları Zamirə Hacıyevadan alınır - FOTO

Baxılıb: 771     Tarix: 25-10-2023 11:47   

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 20 milyon dollarlıq qızıl-zinət əşyalarının müsadirə olunması ilə bağlı məhkəmə prosesi davam edir.
Qanunvehedef.az Lent.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi dəbdəbəli zinət əşyaları ilə bağlı məlumatları tam açıqlayıb.
Məhkəmədə ilk dəfə olaraq Zamirə Hacıyevanın Londonun məşhur "Harrods" univermağından aldığı və "The Evening Standard" qəzetinin ətraflı sadaladığı zinət əşyalarının şəkilləri təqdim olunub.
Nəticə olaraq Hacıyevanın zinət əşyalarının taleyi qeyri-müəyyən olaraq qalır və məhkəmə yekun qərar qəbul edənə qədər proses təxirə salınıb.
Qeyd edək ki, Zamirə Hacıyeva Böyük Britaniyada çirkli pulları hədəf alan "McMafia" qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş olub.
Xatırladaq ki, o, bu ölkədə ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunub, 2 gün sonra sərbəst buraxılıb.






Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar