Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Tarixi köklərə dayanan Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir

Baxılıb: 816     Tarix: 20-11-2023 12:12   
 
Azərbaycanla Gürcüstan mehriban qonşu, dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, xalqlarımızı uzun əsrlərə söykənən tarixi bağlılıq mövcuddur.
Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Dövlətimizin başçısı İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də vurğuladığı kimi, sovet dönəmində Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğu məhz Azərbaycan-Gürcüstan münasibətlərinin bariz nümunəsi idi. Hər iki ölkənin liderləri qarşılıqlı səfərlərində mətbuata bəyanat zamanı iqtisadi-ticari layihələrlə yanaşı, Cənubi Qafqazda sülh və əməkdaşlığın önəmini xüsusi qeyd edirlər.
Tale elə gətirib ki, oxşar tarixə malik olan Azərbaycan və Gürcüstan öz müstəqilliklərinin ilk vaxtlarından da eyni problemlə üzləşiblər. Belə ki, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü pozulub. Azərbaycan 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoyaraq öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünə nail oldu. Qeyd etmək yerinə düşər ki, dost Gürcüstan müharibə dövründə ədalətli mövqe sərgiləyərək öz ərazisindən işğalçı Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına imkan vermədi.
Öz növbəsində, Azərbaycan da qonşu dövlətin suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstək ifadə edir. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs verib.
Bu baxımdan, bölgənin problemlərinin məhz bu regionda yaşayan ölkələr tərəfindən həll edilməsi çox önəmlidir.
Bundan əlavə, Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
İki ölkə arasında mədəni və humanitar sahələrdə də əməkdaşlıq uğurla davam edir. Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqləyir.

Cehun Suleimanovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar