Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb olundu - FOTO

Baxılıb: 695     Tarix: 24-11-2023 10:35   

Zərdabda iki bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı rayonun Şahhüseynli və Yarməmmədbağı kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin tələblərini pozduğuna görə hər iki kənd bələdiyyəsinin məsul şəxsləri barəsində qanunvericiliyə uyğun olaraq protokollar tərtib olunub və onlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.



Qanunvehedef.az



{sape_links}{sape_article}