Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Jurnalistlər üçün müsabiqə elan edildi

Baxılıb: 678     Tarix: 27-11-2023 13:58   

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən jurnalistlər üçün müsabiqə elan edilib.
Qanunvehedef.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən materiallar:
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı köşə yazısı;
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı iqtisadi reportaj;
– ən yaxşı sosial reportaj;
– ən yaxşı mədəniyyət reportajı;
– ən yaxşı idman reportajı.
Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 4 dekabr 2023-ci il saat 18:00-dək davam edəcəkdir.
MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar