Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

DİN-dən əhaliyə növbəti ÇAĞIRIŞ

Baxılıb: 827     Tarix: 01-12-2023 14:00   
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi vətəndaşlar tərəfindən cəmiyyətdə razılıqla qarşılanır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı çağırış mətnndə deyilir.
Bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2023-cü ilin yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib:
"Könüllü təhvil verilən silahlardan 24 avtomat, 8 tapança, 502 ov tüfəngi olub.
Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir.
Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.
Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik".
Qanunvehedef.az




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar