Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Emin Əmrullayevdən şagirdlərin qızılcaya yoluxması ilə bağlı AÇIQLAMA

Baxılıb: 628     Tarix: 04-12-2023 13:18   

"Qızılca xəstəliyi ilə bağlı mütəmadi olaraq aidiyyəti qurumlarla işləyirik. İstədiyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin".
Qanunvehedef.az "oxu.az"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, qızılca xəstəliyinə yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-təkdir:
"Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin səkkiz-doqquz il əvvəl verdiyi qərara görədir. Xəstəliyin artımı müəyyən müddətdə izlənilməlidir. Hazırda alınan rəqəmlərə görə, bu halla bağlı böyük epidemiya təhlükəsi görmürük".
O, valideynlərə çağırış edib ki, övladlarına vaxtında peyvənd vurdursunlar.
Nazir əlavə edib ki, qızılca ilə əlaqəli əsas məsələ şagirdlərin təhlükəsizliyidir. O qeyd edib ki, Qaradağda yerləşən 195 nömrəli məktəbin ibtidai sinfindən başqa, distant təhsilə keçid olmayıb:
"Amma vəziyyət gündəlik rəqəm və vəziyyətdən asılı olaraq dəyişə bilər. Aidiyyəti qurumlarla yekun qərardan sonra distant təhsilə keçid ola bilər. Ümumilikdə məsələ bizim nəzarətimizdədir".
Emin Əmrullayev qeyd edib ki, bəzi məktəblərə daxil olan uşaqların və işçilərin temperaturunun ölçülməsi ölkəmizdə hələ də davam edən koronavirus pandemiyasının karantin dövrü ilə bağlıdır.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar