"Qarşılıqlı surətdə əsir mübadiləsi aparılır, pozitif mesajlar verilir" -POLİTOLOQ
Baxılıb: 689 Tarix: 08-12-2023 12:46
"Hər kəsə bəlli idi ki, Hüseyn Axundov və Aqşin Bəbirov Ermənistanda qanunsuz şəkildə "məhkəmələrə" çıxarılmışdı. Çünki o ərazilərin ümumiyyətlə çoğrafi relyefi çətin və mürəkkəbdir. Bizim iki hərbçimizdə bu çoğrafi mövqeydə çaşaraq yolu azmışdılar. Bir neçə dəfə Ermənistandan yolunu azaraq Azərbaycan ərazisinə keçən hərbiçilər olub. Azərbaycan həmişə bu məsələ lazım olan addımları atıb. Humanitar addım ataraq, bu şəxsləri Ermənistana qaytarıb".
Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
"Ermənistan Şahbaz Dilqəm məsələsində olduğu kimi Hüseyn və Aqşin məsələsində də manipulyasiya etməyə çalışırıdı . Onlar ətrafində informası bumu yaratmağa çalışırdı. Guya saxlanılanların cinayətkar olması ilə bağlı erməni cəmiyyətində bir fond yaratmağa çalışırdılar. Baş verən hadisələr də göstərki, burada hansısa bir cinayətdən söhbət gedə bilməz. Sadəcə onlar yolu səhv salmışdılar.
Əslində Ermənistan bu məsələni bu qədər uzatmalı deyildi. İstənilən halda hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir. Qarşılıqlı surətdə əsir mübadiləsi aparılır, pozitif mesajlar verilir. Bütün bu hadisələr fonunda Azərbaycan Ermənistan münasibətlərinə yaxşı təsir göstərir".
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər