Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xankəndidə peşə təhsili müəssisəsi açılacaq

Baxılıb: 581     Tarix: 13-12-2023 11:41   

Xankəndidə peşə təhsili müəssisəsi açılacaq.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Xankəndidə Qarabağ Universitetinin nəzdində açılması nəzərdə tutulan peşə məktəbinin yeri və ilkin planları var: "Plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq. Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır".
E.Əmrullayev bildirib ki, azad olunan ərazilərdə 8 peşə təhsil müəssisəsi yenidən qurulacaq: "Füzulidə yeni peşə təhsili müəssisəsinin bünövrəsi qoyulub, artıq tikintisinə də başlanılıb, iki il sonra tələbələri görəcəyik. Şuşada peşə təhsil müəssisəsinin yenidən qurulması prosesinə də start verilib".

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar