Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rəşad Nəbiyev Abşeronda vətəndaşları qəbul edib - Foto

Baxılıb: 772     Tarix: 14-12-2023 17:00   

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 14 dekabrda Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Zəngilan, Qubadlı, Abşeron rayonlarının və Sumqayıt şəhərinin sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.




Qanunvehedef.azшаблоны для dle 11.2