Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Naxçıvanda keçmiş yüksək məmur işdən çıxarılması ilə barışmaq istəmir

Baxılıb: 736     Tarix: 21-12-2023 13:37   

Naxçıvan Muxtar Respublikası (MR) Kənd Təsərrüfatı Nazirliyinin keçmiş Aparat rəhbəri Zəkəriyyə Gözəlov işdən çıxarılması ilə barışmaq istəmir.
Qaynarinfo xəbər verir ki, cari ilin əvvəllərində tutuduğu vəzifəsindən azad edildiyi deyilən Zəkəriyyə Gözəlov məhkəməyə müraciət edib. Onun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Birinci instansiya və apellyasiya məhkəmələrinin qərarı Zəkəriyyə Gözəlovu qane etmədiyindən Naxçıvan MR Ali Məhkəməsinə kassasiya şikayəti verib. İş hakim YusifəliQurbanovun icraatındadır. Dekabrın 25-nə iş üzrə şifahi məhkəmə baxışı iclası təyin edilib.
Bu ilin fevralında Naxçıvan MR kənd təsərrüfatı naziri Bəhruz Bayramov vəzifəsindən azad edilib. O, 2020-ci ildə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi. Bəhruz Bayramov işdən çıxarılanda media onu Vasif Talıbovun kadrı kimi təqdim edirdi.
Naxçıvan MR kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Dadaşovaya həvalə edilib.


Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar