Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Naxçıvanı Türkiyə ilə birləşdirəcək layihə müzakirə olunur”

Baxılıb: 558     Tarix: 22-12-2023 12:31   

“İlk növbədə məqsədimiz Azərbaycanın Naxçıvanla olan nəqliyyat kommunikasiyasını bərpa etmək, “Şimal-Cənub’’ və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri ilə yüklərin həm də “Zəngəzur’’ dəhlizinə cəlb olunaraq istər Türkiyə vasitəsi ilə Avropaya, istərsə də İran vasitəsilə (Culfadan) Fars körfəzinə çatdırılmasıdır”.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu ‘’Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı bildirib.
ADY rəsmisi qeyd edib ki, Naxçıvan dəmir yollarının yenidən qurulması ilə əlaqədar texniki-iqtisadi əsaslandırmasını da yekunlaşdırılıb:
“Naxçıvanı Türkiyə ilə birləşdirəcək Qars-İğdır-Naxçıvan layihəsi də türkiyəli həmkarlarımız ilə aktiv müzakirə olunur. Bu layihənin işə düşməsi yüklərin Türkiyə və Avropaya çatdılıması üçün hazırda istifadə olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin imkanlarına əlavə olaraq diversifikasıya edilməsi məqsədi güdəcək və ölkə üzərindən daha çox tranzit yükünün daşınmasına imkan yaradacaq. Bu xəttin layihələndirilməsi və tikilməsi məsələsi gündəmdədir, və bizdə olan məlumata əsasən layihələndirmə işləri artıq tamamlanmışdır”.
“Onu da qeyd edim ki, cari ilin sentyabr ayının 25-i iki ölkə Prezidenti bu yolun tikintisi ilə bağlı Anlaşma Memorandumu imzalayıb. Dilucu sərhəd-buraxılış məntəqəsindən Qarsa qədər yolun uzunluğu 220 km-dən çoxdur. Naxçıvan dəmir yollarının əsaslı bərpasına stansiyaların yenidən qurulması, rabitə və işarəvermə sistemlərinin yenilənməsi də daxildir. Bu istiqamətdə investisiya ayrılacağı təqdirdə 2024-2028-ci illər ərzində Naxçıvan dəmir yollarının əsaslı təmiri həyata keçiriləcək”, - T.Abbaslı əlavə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking