Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Vilayət Eyvazovdan seçkidə iştirak edəcək bu şəxslərlə bağlı - Göstəriş

Baxılıb: 107     Tarix: 27-12-2023 13:07   

Daxili İşlər Nazirliyində (DİN) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.
Qanunvehedef.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əməliyyat müşavirəsində asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhükəsizliklə bağlı qarşıda duran vəzifələri və tapşırıqları diqqətə çatdırıb.
Nazir bayram günlərində daxili işlər orqanlarının şəxsi heyətinin gücləndirilmiş rejimdə xidmət edəcəyini bildirib. Həmçinin əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qruplarının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin intensiv olacağı küçə və prospektlərdə, magistral yollarda xidmətin nümunəvi təşkilinin vacibliyini diqqətə çatdırıb.
Əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar Prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri də müzakirə edilib.
Nazir V.Eyvazov seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib.
Müşavirədə iştirak edən daxili işlər orqanlarının rəhbər heyətindən respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində fəaliyyət nəzarətdə saxlanılmaqla, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi tələb edilib.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar