Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İŞIQFOR TƏLƏB OLUNUR

Baxılıb: 1 905     Tarix: 10-01-2024 11:56   
  
Yol nişanları və svetoforlar hərəkət təhlükəsizliyinin əlifbası hesab olduğundan, onların küçə-yol şəbəkələrində qurulması, bu sahədə mövcud oları çoxsaylı standartların tələblərinə əməl olunması vacibdir.
Küçə-yol şəbəkəsinin hazırlıq və istismarı mərhələsində, yol hərəkətinin texniki vasitələrlə təchiz edilməsinə dair tələblər və onların quraşdırıldığı yerlərin dəqiqliklə müəyyən olunması dislokasiya adlanan vahid sənədlə müəyyənləşdirilməlidir. Belə sənəd qismində yol nişanlarının tətbiqini, yol örtüyünün cizgilənməsini və müxtəlif növ yönəltmə qurğularının, svetoforların qurulması qaydalarını reqlamentləşdirən standartın olması zəruridir. Bizdə belə standart ya yoxdur, ya da yalnız kağız üzərindədir. Ona görə də əhalinin və avtomobillərin sayının get-gedə çoxaldığı paytaxt Bakıda, xüsusilə də şəhərin gözdən-könüldən uzaq periferiyalarında yol hərəkətinin tənzimlənməməsi ucbatından yol-nəqliyyat hadisələri baş verir və  bu hadisələr hərəkət iştirakçılarının özlərinə, ətrafdakı dövlət və ictimai obyektlərə ziyan vurur.
Xəzər rayonunun Binə qəsəbəsinin bir qrup sakini “Qanun və Hədəf” qəzeti redaksiyasına müraciət edərək, qəsəbənin Əli İsazadə küşəsi ilə Xətai küçəsinin kəsişməsində, sovxoza dönən yolda yol hərəkətinin tənzimlənmədiyindən şikayətləniblər. Qəsəbəlilər bildirirlər ki, yolun qeyd olunan nahiyəsində svetofor olmadığı üçün avtomobil sürücüləri və piyadalar ciddi sınaq qarşısında qalırlar: “Burada, xüsusilə günün pik saatlarında sıxlıq yarandığından, hərəkət etmək mümkünsüzdür və demək olar ki, hər 2-3 gündən bir yol-nəqliyyat hadisəsi baş verir. Dönmək istəyən avtomobillər yolun ortasında ilişib qalır, əks tərəfə keçmək istəyən piyadalar çətinlik çəkirlər. Aidiyyəti qurumlardan xahiş edirik, bu ünvana bir işıqfor obyekti və müvafiq yol nişanları quraşdırılsın”.


 Əbdülqəni Hüseynovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar