Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Mebel sexindəki partlayışın baş verməsində məsuliyyətə kim cəlb olunacaq?

Baxılıb: 435     Tarix: 17-01-2024 11:37   

Xəbər verdiyimiz kimi, yanvar ayının 15-i Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində partlayış baş verib. Partlayış nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Mətbuatda sözügedən mebel sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsus olduğu bildirilib.
Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yeləşərir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.
Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.
Bəs hadisənin baş verməsində məsuliyyət kimin öhtəliyindədir?
Mövzu ilə bağlı BiG.AZ-a vəkil Ramil Süleymanov danışıb.
O bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, hər bir şəxs törətdiyi əmələ görə fərdi qaydada məsuliyyətə cəlb olunur.
"İstintaq orqanı tərəfindən mütləq qaydada araşdırma aparıldığı zaman iş adamı ilə sexi icarəyə götürən şəxs arasında icarə müqaviləsinin olub-olmaması məsələsi diqqət çəkir. Müqavilənin şərtlərinə nəzər yetirildikdən sonra yanğın təhlükəsizliyinə məsuliyyət daşıyan şəxs müəyyən olunacaq. İcarə müqaviləsi əsasında, icarəyə götürən şəxs sexlərdə təhlükəsizliyi özü tərəfindən təmin etməli idi, eyni zamanda mebel sexinin sahibkarı yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsi təyin etməlidir. Bunun nəticəsində mülkiyyətin qanuni sahibləri məsuliyyətdən kənar qalacaqlar. Əgər sexin sahibləri icarə müqaviləsində yanğın təhlükəsizliyini tam onların öhtəliyindədir, bu zaman sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlinin məsuliyyəti müəyyən olunacaq, bunlar yalnız cinayət məsuliyyətinə deyil, mülki məsuliyyətə də cəlb olunacaqlar. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxslərin birinci dərəcə qohumları həmin şirkətə qarşı mülki qaydada iddia qaldırmaqla təzminat tələb etmək haqqı da var".

AYSEL ƏKBƏRшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar