Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bakıda klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb - VİDEO

Baxılıb: 539     Tarix: 23-01-2024 10:28   

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən verilən xəbərə görə, bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən "Ömür" klinikasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar