Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Azərbaycanda pul verib əsgərliyə getməmək mümkündür?

Baxılıb: 673     Tarix: 23-01-2024 13:52   
 
Türkiyədə və bir sıra Avropa ölkələrində ödəniş etməklə həqiqi hərbi xidmət keçməmək mümkündür. Şəxs hərbi xidmət keçməsə belə, yenə də, orduya xidmət etmiş olur. Belə ki, onun hərbi xidmətə getməmək üçün verdiyi pul ordunun müəyyən təchizatlarının alınmasına və digər məsələlərə sərf olunur.Azərbaycanda da son illərdə bu barədə müzakirələr aparılır. Müzakirələr, xüsusilə Qarabağın tam azad olunmasından sonra intensivləşib.
Ödənişlə hərbi xidmət keçməmək qaydasını Azərbaycanda tətbiq etmək olarmı? Ümumiyyətlə buna ehtiyac varmı?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, dünya praktikasına diqqət etmək lazımdır:
"Azərbaycanda hazırda ödənişlə müddətli həqiqi hərbi xidmət keçməmək məsələsi yoxdur. Bu məsələnin müzakirəsi ilə bağlı qanunda dəyişikliklərlə bağlı məsələ yoxdur.
Ümumiyyətlə, biz bütün dünya praktikasına baxmalıyıq. Psixoloji faktorlar, bütün proeslər nəzərə alındıqdan sonra bununla bağlı müəyyən dinləmələr keçirmək olar. Yaşadığımız regionun xüsusiyyətləri də nəzərə alınmalıdır. Əgər biz türk dövlətlərinin ordu formasına, NATO standarlarına keçiriksə, bütün standartlardan yararlanmaq lazımdır. Bununla bağlı müvafiq müzakirələr aparmaq olar. Bugünkü vəziyyət üçün isə bu, elə də əlverişli variant deyil".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar