Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Günəşli” sanatoriyasının şəfqətli tibb bacısı

Baxılıb: 816     Tarix: 29-01-2024 13:25   
 
Tibb bacısı olmaq üçün ilk növbədə insanın qəlbində şəfqət, mərhəmət, xeyirxahlıq hissləri olmalıdır. Bütün bu insani keyfiyyətləri özündə ehtiva edən Aynurə xanım humanistlik nümayiş etdirərək, şərəflə bu vəzifəni daşıyır, insanların sevgisini, hörmət və rəğbətini qazanır. Pasientlərinə böyük sevgi ilə, məsuliyyətlə baş çəkir, problemləri ilə maraqlanır, həllinə çalışır.
Sadıqova Aynurə Miri qızı 1980-cı il avqustun 2-də Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə 1-ci sinifə gedib, 1996-cı ildə orta məktəbi bitirib. Tibb sahəsinə olan həvəsinə görə arzusunu gerçəkləşdirərək, 2008-ci ildə 1 nömrəli tibb texnikumuna daxil olmuş və 2011-ci ildə orta ixtisas tibb məktəbini bitirmişdir. Əmək fəaliyyətinə hal-hazıradək çalışdığı “Günəşli” Nevroloji Sanatoriyasında başlamışdır.
Məlumat üçün xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Günəşli” nevroloji sanatoriyası vətəndaşlarımıza Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq və əsəb sisteminizi sakitləşdirmək imkanı təqdim edir. İqlimi mülayim qurudur, yayda havası isti-quru, qışda mülayim olur, bu da sinir sistemi xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir. İstirahətçilərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı olur. “Günəşli” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur. Əlbəttə ki, xəstələrin sağalması və xidmətdən razı qalmasında həkimlərlə yanaşı, Aynurə Sadıqova kimi tibb bacılarının da zəhməti ölçüyəgəlməzdir.
Aynurə Sadıqova komandada iş, problemin həllinə ortaq yanaşma bacarığına; peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək qailiyyətinə, ən əsası isə pasientlərlə, iş yoldaşları ilə, əhali arasında ünsiyyət qurmaq məharətinə malikdir. Xəstələrə qulluq və müayinə-müalicə prinsiplərini həyata keçirərkən etik normalara və deontoloji qaydalara, sanitar-epidemioloji rejimə, aseptika və antiseptika qaydalarına çox ciddi riayət edir.
Həkimin, tibb bacısının əlləri şəfalı olmaqla yanaşı, dili də şirin olmalı və insanlara sevgiylə yanaşmağı bacarmalıdır. Aynurə xanımı tanıyan pasiyentlərin hamısı çox yaxşı bilir ki, o, bu keyfiyyətləri özündə necə daşıyır. Çünki bu xanımın şəfalı əlləri olmaqla yanaşı, çox böyük ürəyi də var. Və bu ürəyin sahibi ona üz tutan pasiyentlərə öz əzizləri, doğması kimi baxır.
Aynurə xanım həmişə deyir ki, mən özümü ona görə xoşbəxt sayıram ki, pasiyentlərim məndən razı qalırlar. Ən başlıcası isə, “Günəşli” Nevroloji Sanatoriyasına gəlib Aynurə xanımın xidmətindən yararlanan insanlar ümidlərinin və istəklərinin göyərdiyini görürlər. Belə ki, müalicəni qəbul edəndən bir müddət sonra narahatlıqlarının azaldığını və sağaldıqlarını bildirirlər.
Aynurə Sadıqova Allah - təalanın seçilmiş bəndəsidir, desəm, yəqin ki, yanılmaram. Onun keçməkdə olduğu parlaq, şərəfli, şəfqətli həyat yolu gələcək tibb bacıları üçün bir örnək olacaqdır.


   Təqdim etdi: 
Fərhad NƏHMƏTOĞLU,
"Qanun və Hədəf" qəzetinin hüquq şöbəsinin müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 

"Qızıl Qələm", "Azərbaycan Bayrağı", "Həsən bəy Zərdabi"
media mükafatları laureatı шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar