Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ağ Ev məsuliyyəti Ankaranın üzərinə atdı: Türkiyədən cavab

Baxılıb: 494     Tarix: 07-10-2019 11:22   
Ötən axşam Türkiyə və ABŞ prezidentləri arasında baş tutan telefon danışığından sonra Ağ Ev rəsmi Ankaranın Fəratın şərqinə həyata keçirəcəyi əməliyyat barəsində açıqlama yayıb.
Qanunvehedef.az xəbər verir ki, açıqlamada Türkiyənin əməliyyata başlamasına dair xəbərlər təsdiqlənib.
Bununla belə, Türkiyənin əməliyyatlarında ABŞ-ın iştirak etməyəcəyi bildirilib. ABŞ həmçinin bundan sonra döyüşlər zamanı əsir götürülmüş İŞİD üzvləri ilə bağlı məsuliyyətin Türkiyə üzərində olduğunu qeyd edib.
Ağ Evin açıqlamasına ilk münasibət bildirən isə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın olub:
“Türkiyənin heç kimin torpağında gözü yoxdur. Suriyanın ərazi bütövlüyü çərçivəsində təhlükəsiz bölgənin iki məqsədi vardır: terror ünsürlərini təmizləyərək sərhədlərimizin təhlükəsizliyini təmin etmək və qaçqınların təhlükəsiz şəraitdə qayıtmasını təşkil etmək. Türkiyə güclü və qərarlıdır”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar