Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türk ordusu hücum edir: İlk hədəf açıqlandı

Baxılıb: 597     Tarix: 08-10-2019 11:14   

ABŞ ordusunun Suriyanın Türkiyə ilə sərhəd bölgəsindən çəkilməyə başlaması rəsmi Ankaranın əməliyyata hazırlığını ən yüksək səviyyəyə çatdırıb.
Qanunvehedef.az xəbər verir ki, artıq ölkə mətbuatı bir sıra hərbi mütəxəssislərə istinadla əməliyyatın detalları barədə yazmağa başlayıb.
Məlumata görə, əməliyyata hələlik ad verilməyib, lakin “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının davamı kimi xarakterizə olunduğu üçün təhlükəsizlik orqanları daxilində “Sonrakı əməliyyat” kimi təqdim olunur.
ABŞ-ın Tel Abyad və Rəsul-Ayndan çıxması onu göstərib ki, əməliyyatın ilk mərhələsi bu ərazidə icra olunacaq və türk ordusu da məhz bu istiqamətdən əməliyyata başlayacaq. Burada sərhədə paralel 120 kilometrlik xətdə türk ordusu döyüş tapşırığını icra edəcək.
ABŞ əsgərləri bölgəni tərk etdiyi müddətdə isə terrorçuların PUA-lar vasitəsilə izlənməsi həyata keçirilir. Əməliyyatın hansı üsulla aparılacağı və başlama yeri isə terrorçuların bölgəni tərk edib-etməməsindən asılı olacaq.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar