Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampdan şok etiraf: Türkiyədəki nüvə silahlarımız…

Baxılıb: 588     Tarix: 17-10-2019 12:29   

ABŞ Prezidenti Donald Tramp Suriyada hökm sürən gərgin vəziyyət barədə danışarkən özü də bilmədən Soyuq müharibədən bu yana Türkiyədə olduğu iddia edilən, lakin mövcudluğu heç bir zaman təsdiqlənməyən İncirlikdəki nüvə silahlarından danışıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Tramp İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdən sonra açıqlamasında deyib.
“ABŞ-ın Türkiyədəki nüvə silahlarının təhlükəsizliyindən əminəm”, - Tramp “Nyu York Tayms”da dərc olunmuş bir xəbərə münasibət bildirərkən vurğulayıb.
Xatırladaq ki, “Nyu York Tayms” Suriyadakı gərginliklə bağlı Pentaqonun İncirlikdəki nüvə silahlarını Türkiyədən çıxarmağı nəzərdən keçirdiyini iddia etmişdi. ABŞ isə İncirlikdə sözügedən silahların mövcudluğunu heç vaxt rəsmi şəkildə qəbul etməyib.



Son xəbərlər
{sape_links}{sape_article}