Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq” – Pentaqon rəhbəri

Baxılıb: 662     Tarix: 23-10-2019 10:39   

Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə hərbi münaqişəni istisna edib.
Bu barədə “Report” CNN-ə istinadla xəbər verir.
“Türkiyə NATO üzrə uzunmüddətli partnyordur. Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq”, – deyə o, CNN telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın müdafiə naziri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
“Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil”, – Pentaqon başçısı deyib.
Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Tramp ehtiyac olduğu halda Türkiyəyə qarşı hərbi hərəkətlərə hazırdır, amma Vaşinqton “dünyada sülh”ə üstünlük verir.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyada PKK/YPG terrorçularına qarşı “Barış pınarı” antiterror əməliyyatına başlayıb.



Son xəbərlər
{sape_links}{sape_article}